Emil Balayevli "Tobol"dan səfər qələbəsi - VİDEO

23:27 - 11 Avqust 2019

Qazaxıstan Premyer Liqasında 22-ci tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Emil Balayevin çıxış etdiyi "Tobol" klubu "İrtış"a 2:0 hesabı ilə qalib gəlib.

 

Emil Balayev bu qarşılaşmada da Kostanay təmsilçisinin qapısını qoruyub.

 

"Tobol" 45 xalla Premyer Liqanın lideridir. "Astana" və "Kairat" 44 xalla 2-3-cü yerləri bölüşür.

 

Xəbər xətti