Perişiç rəsmən "Bayern"də

13:13 - 13 Avqust 2019

"İnter"in vingeri İvan Perişiç karyerasını "Bayern"də davam etdirəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Münhen təmsilçisi xorvatiyalı futbolçunu 1 illik icarəyə götürüb. Bundesliqa nəhəngi bu keçid üçün Milan klubuna 5 milyon avro ödəyib. "Bayern" daha 20 milyon avro ödəyib, 30 yaşlı futbolçunun transfer hüququna yiyələnə bilər.

 

"İnter" Perişiçi 2015-ci ildə "Volfsburq"dan 19 milyon avroya transfer etmişdi.

Xəbər xətti