"Monako" 40 milyonluq transferi rəsmən açıqladı

13:13 - 14 Avqust 2019

Fransanın "Monako" klubu yeni transferini açıqlayıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Liqa 1 təmsilçisi "Sevilya"nın hücumçusu Vissam Ben Yedderi transfer edib. 29 yaşlı futbolçunun keçidi üçün əndəlüsiyalılara 40 milyon avro təzminat ödənilib. Hücumçu ilə 5 illik müqavilə imzalanıb.

 

"Sevilya" Fransa millisinin üzvünü 2016-cı ildə "Tuluza"dan 9,5 milyon avroya transfer etmişdi. Ben Yedder ötən mövsüm 54 oyuna 30 qol vurub, 11 assist edib.

Xəbər xətti