"Qenqam"ın baş məşqçisindən Zubir açıqlaması

Fransanın "Genqam" klubunun baş məşqçisi Patris Lair "Qarabağ"ın vingeri Abdullah Zubiri transfer edəcəkləri barədə yayılan iddialara münasibət bildirib.

 

Sportal.az "Le Télégramme" nəşrinə istinadən xəbər verir ki, 58 yaşlı mütəxəssis Zubirlə maraqlandıqlarını bildirib:

 

"Klubdan getmək üçün hər kəsə qapını bağlamışıq. Yalnız Şeik Traore Qussuma Fofana ayrıla bilər. Yaxın günlərdə yaxşı xəbər olacağına ümid edirəm. Bir neçə yeni futbolçu gözləyirəm. Anbdullah Zubir və Əl Hacı Ba maraqlandığımız futbolçulardır. Ancaq dəqiq bir şey yoxdur".

 

Ötən gün "Genqam" klubunun prezidentinin Zubirin transferi üçün Bakıya gələcəyi və "Qarabağ" rəhbərliyi ilə görüşəcəyi xəbərləri yayılmışdı.

 

"Qarabağ" Əlcəzair əsilli fransalı futbolçunu 2018-ci ilin yayında "Lans"dan 1 milyon avroya transfer edib. 27 yaşlı futbolçunun müqaviləsi gələn yay başa çatacaq.

Tarix: 17 Avqust [11:04]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Sentyabr 2019
16  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio