Azərbaycan futbolunda yeni qərar: üç kateqoriyaya bölündülər

11:14 - 19 Avqust 2019

Bu mövsümdən etibarən azərbaycanlı hakimlər üç kateqoriyada fəaliyyət göstərəcək.

 

Sportal.az xəbər verir ki, bu barədə AFFA Hakimlər Komitəsinin sədri Fritz Ştuxlik Azərbaycan Radiosuna verdiyi açıqlamada deyib:

 

"Elit, 1-ci və 2-ci kateqoriya. Elit kateqoriyada olanlar Premyer Liqaya təyinat alanlardır. 1-ci kateqoriyada olanlar divizionun oyunlarında əsas söz sahibi olacaq.

 

2-ci kateqoriyada olan hakimlər isə 19 yaşlı və daha aşağı yaş qrupunun matçlarına təyinat alacaq. Onların arasında yetərincə təcrübəsi olan, amma Premyer Liqa oyunlarını idarə etməyənlər də var.

 

Həmin oyunlar hakim-inspektorlar tərəfindən izləniləcək və mənə hakimlər haqqında raportlar təqdim olunacaq".

Xəbər xətti