"Qarabağ"ın reytinqi bizdən qat-qat yüksəkdir" - "Linfild"in sahibi

15:04 - 19 Avqust 2019

Avropa Liqasının pley-off mərhələsində "Qarabağ"ın rəqibi olan Şimali İrlandiyanın "Linfild" kluubunun sahibi Roy MakQivern açıqlama verib.

 

Sportal.az xəbər verir ki, klub rəhbəri "Blefsat Telegraph"a "Qarabağ" barədə danışıb:

 

"Futbolda hər zaman arzularla yaşamaq lazımdır. İstənilən nəticə ola bilər. Amma biz realist olmalıyıq. Başa düşürük ki, "Qarabağ" çox yaxşı komandadır. Onlar bu yay "Dandolk"a qalib gəliblər. "Qarabağ"ın Avropada bir neçə dəfə qrup təcrübəsi var. Onların reytinqi bizdən qat-qat yüksəkdir. Buna görə də bizə qalib gələ bilərlər. Ancaq əgər evdə yaxşı nəticəyə nail olsaq, bu, bizdə əlavə inam yaradacaq. Qrupa düşsək, komandamız üçün inanılmaz nəticə olacaq".

 

"Linfild" avqustun 22-də "Qarabağ"ı qəbul edəcək. "Vindsor Park"da reallaşacaq baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə 22:45-də səslənəcək.

 

Cütün cavab oyunu avqustun 29-u, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Xəbər xətti