"Qarabağ" Şimali İrlandiyaya gedir

18:12 - 20 Avqust 2019

Avropa Liqasının pley-off mərhələsində Şimali İrlandiyanın "Linfild" klubunun qonağı olacaq "Qarabağ" bu gün səfərə yollanacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu saat 20:30-da Belfasta çarter reysi ilə gedəcək.

 

 

Qarşılaşmada sarı vərəqə limitini dolduran Riçard Almeyda və Rahil Məmmədov, zədəlilər futbolçular Bədavi Hüseynov və Filip Ozobiç oynamayacaq.

 

Komanda sabah matçın keçiriləcəyi "Vindzor Park"da oyun öncəsi son məşqini keçirəcək.

.

"Linfild" avqustun 22-də "Qarabağ"ı qəbul edəcək. "Vindsor Park"da reallaşacaq baş tutacaq görüşün start fiti Bakı vaxtı ilə 22:45-də səslənəcək.

 

Cütün cavab oyunu avqustun 29-u, Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Qarşılaşma saat 20:00-da başlayacaq.

Xəbər xətti