"Trabzonspor" Starricin transferini tamamladı

11:38 - 21 Avqust 2019

İngiltərənin "Liverpul" klubundan ayrılan Deniel Starric karyerasını Türkiyənin "Trabzonspor" klubunda davam etdirəcək.

 

Sportal.az "Sabah" qəzetinə istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü ötən gün İstanbula gəlib. "Bord--mavililər"in prezidenti Ahmet Ağaoğlu ulduz futbolçu ilə müqavilə şərtlərini razılaşdırıb. 

 

29 yaşlı futbolçu "Trabzonspor"la 3 illik müqavilə imzalayacaq. Onun illik maaşı bonuslarla birlikdə 3 milyon avro olacaq. Starricə 1,5 milyon avro imza pulu ödənilib.

 

Starric 2013-2019-cu illərdə "Liverpul"da çıxış edib.

Xəbər xətti