"Qarabağ" Premyer Liqa oyunlarını Respublika Stadionunda keçirəcək

14:02 - 21 Avqust 2019

“Qarabağ”ın Premyer Liqada ev oyunlarını keçirdiyi “Azərsun Arena” təmirə bağlanacaq.

 

Sportal.az-ın məlumatına görə, çempionatın ikinci turunda "Qəbələ" ilə ev oyunundan sonra stadionun ot örtüyünün yenilənməsi işləri başlayacaq. Yenilənmə işləri noyabrın sonlarına qədər davam edəcək.

 

"Qarabağ" Premyer Liqada ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda keçirəcək.

Xəbər xətti