Mahirin "Estremadura"ya transferi baş tutmadı

17:38 - 21 Avqust 2019

İspaniya Sequnda təmsilçisi "Estremadura" "Qarabağ"ın hücumçusu Mahir Əmrəlini transfer etməyəcək.

 

Sportal.az elperiodicoextremadura.com-a istinadən xəbər verir ki, "Qarabağ"ın Avropa Kuboklarında yoluna davam etməsinə görə, tərəflər arasında danışıqlar yubanıb.

 

"Estremadura" hazırda İngiltərə "Lids"ində çıxış edən 21 yaşlı hücumçu Rafa Muxikanı transfer etməyə çalışır.

 

Mahirlə "Genqam", "Malaqa" və "Almeriya"nın da maraqlandığı iddia edilirdi.

Xəbər xətti