Starric rəsmən "Trabzonspor"da

18:50 - 21 Avqust 2019

İngiltərənin "Liverpul" klubundan ayrılan Deniel Starric karyerasını Türkiyənin "Trabzonspor" klubunda davam etdirəcək.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İngiltərə millisinin üzvü ilə 2+1 illik müqavilə imzalanıb.

 

Ulduz futbolçunun illik maaşı 1,5 milyon avro olacaq. 29 yaşlı forvarda 2 milyon avro imza pulu verilib.

 

Starric 2013-2019-cu illərdə "Liverpul"da çıxış edib.

Xəbər xətti