"Səbail"də ciddi itki - yeni transfer uzun müddət oynamayacaq

11:01 - 23 Avqust 2019

"Səbail"in yeni transferi Eriko Da Silva sıradan çıxıb.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, braziliya müdafiəçisi Premyer Liqanın birinci turunda "Zirə"yə qarşı oyunda aldığı zədə səbəbindən 3-5 ay futboldan kənar qalacaq.

 

Paytaxt klubu 30 yaşlı futbolçunu bu yay Rumıniyanın "Astra" klubundan transfer etmişdi.

 

Xəbər xətti