Kuarejma "Beşiktaş"dan gedir

18:57 - 24 Avqust 2019

"Beşiktaş"ın yarımmüdafiəçisi Rikardo Kuarejma klub prezidenti Fikrət Ormanın onun komandada görmək istəmədiyini açıqlayıb.

 

Sportal.az xəbər verir ki, portuqaliyalı futboçu "Instagram" hesabında bu barədə məlumat yayıb:

 

"Klub prezidentinin məni klubda görmək istəmədiyi barədə xəbərdar edildim. Problemi həll etmək üçün çalışıram. Gələn günlərdə gələcəyimlə bağlı mətbuat konfransı təşkil edəcəm. Anlayışınız və dəstəyiniz üçün təşəkkür edirəm".

 

35 yaşlı futbolçu iki fərqli zamanda "Beşiktaş"da 7 mövsüm keçirib. O, 226 oyuna 38 qol vurub, 78 assist edib.

Xəbər xətti