Azərbaycan millisi Hollandiyaya uduzdu - FOTOLAR

Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında ikinci oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Covanni Kapraranın rəhbərlik etdiyi komanda Hollandiya yığması ilə qarşılaşıb. Macarıstanın paytaxtı Budapeştdə baş tutan görüşdə hollandlar 3:0 hesabı ilə qalib gəlib.

 

Milli ilk matçda Xorvatiya komandasını 3:2 (25:13, 20:25, 22:25, 26:24, 17:15) hesabı ilə məğlub etmişdi.

 

Millimiz avqustun 23-də keçirdiyi ilk oyunda Xorvatiya yığması üzərində əzmkar qələbə qazanmışdı (3:2). Avropa çempionatına 4 ölkə - Polşa, Slovakiya, Macarıstan və Türkiyə ev sahibliyi edir. Azərbaycan yığmasının da yer aldığı C qrupunun oyunları Budapeştdə keçirilir.

 

Qrupdakı Azərbaycanla yanaşı, Xorvatiya, Hollandiya, Rumıniya, Estoniya və Macarıstan da yer alıb. Qruplarda ilk 4 yeri tutan komandalar növbəti mərhələyə vəsiqə qazanacaq.

 

AÇ-2019. Qrup mərhələsi. 2-ci tur

 

Azərbaycan - Hollandiya 0:3 (15:25, 23:25 23:25)

 

Azərbaycan: Yana Əzimova, Odina Əliyeva, Ayşən Abduləzimova, Olena Həsənova, Anastasiya Bessonova, Yelizaveta Səmədova, Kristina Yaqubova, Şəfaqət Alışanova, Mariya Kirilyuk, Polina Rəhimova, Marqarita Əzizova, Bəyaz Əliyeva.

 

Hollandiya: Kristen Knip, Yvon Belien, Seleste Plak, Maret Balkestein-Grotheus, Juliet Lohus, Myrite Skott, Lonneke Slotjes, Anna Busiç, Britt Bongarts, Laura Dijkema, Marrit Jasper, Nika Dalderop, Nikola Koolhass.

 

 

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active ImageLightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active ImageLightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active Image

LightBox Active ImageLightBox Active Image

Tarix: 25 Avqust [18:54]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Sentyabr 2019
21  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio