"Səbail"in futbolçusu İslandiya və Türkiyə ilə oyunlara çağırıldı

16:47 - 27 Avqust 2019

"Səbail"in moldovalı yarımmüdafiəçisi Yevgeni Koçuk milliyə çağırılıb.

 

Sportal.az xəbər verir ki, futbolçu Avro-2020-nin seçmə mərhələsi çərçivəsində İslandiya və Türkiyə milli komandalarına qarşı keçiriləcək oyunlar üçün Moldova milli komandasının heyətinə dəvət olunub.

 

Moldova sentyabrın 7-də İslandiya, 3 gün sonra isə Türkiyə ilə qarşılaşacaqlar.

Xəbər xətti