Keylor Navas PSJ-yə keçir

14:14 - 29 Avqust 2019

"Real"ın qapıçısı Keylor Navas PSJ-yə keçə bilər.

 

Sportal.az xəbər verir ki, kosta-rikalı qolkiper ötən gün Madrid klubunun baş məşqçisi Zinəddin Zidanla söhbətləşib. 32 yaşlı qapıçı az oynadığı üçün klubdan ayrılmaq istədiyini bildirib. Fransalı mütəxəssis buna razılıq verib.

 

Navasın yaxın zamanda Parisə gedəcəyi və tibbi müayinədən keçdikdən sonra müqavilə imzalayacağı gözlənilir.

Xəbər xətti