"Qarabağ" Tofiq Bəhramov adına Respublika Stadionunu seçdi

11:46 - 30 Avqust 2019

Avropa Liqasının qrup mərhələsinə vəsiqə qazanan "Qarabağ"ın ev oyunlarını keçirəcəyi stadion müəyyənləşib.

 

Klubun mətbuat xidmətindən Sportal.az-a verilən məlumata görə, Ağdam təmsilçisi Tofiq Bəhramov adına Respublika Stadionunu UEFA-ya sifariş edib.

 

"Qarabağ" ötən il Avropa Liqasının qrup mərhələsindəki oyunları Bakı Olimpiya Stadionunda keçirmişdi.

Xəbər xətti