"Qarabağ" "Saraqosa"nın futbolçusunu transfer edir?

11:50 - 2 Sentyabr 2019

"Qarabağ" İspaniya Sequnda təmsilçisi "Saraqosa"nın yarımmüdafiəçisi Xorxe Pomboya təklif yollayıb.

 

Sportal.az elperiodicodearagon.com-a istinadən xəbər verir ki, 25 yaşlı futbolçu ilə "Qarabağ"la yanaşı, "Estremadura", "Real Ovyedo", "Kadis" və MLS klubları maraqlanır. İspaniyalı futbolçu Sequnda klublarının təklifini qəbul etməyib və o, ölkə xaricində çıxış etmək istəyir.

 

 

Pombonun "Saraqosa" ilə müqaviləsi mövsümün sonunda başa çatacaq.

 

Xəbər xətti