"Qarabağ" İngiltərə Premyer Liqasından qapıçı aldı

14:48 - 2 Sentyabr 2019

"Qarabağ" İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"un qapıçısı Asmir Beqoviçi icarəyə götürüb.

 

Sportal.az xəbər verir ki, "gilaslar" 32 yaşlı qapıçını Ağdam klubuna satın alma şərti ilə icarəyə verib. Futbolçunun icarə qiyməti 750 min avronu aşmayıb. Müqavilə müddəti dörd ay olacaq.

 

Təcrübəli qapıçı hazırda Bosniya və Herseqovinadadır. Beqoviç ölksəində öz adına qapıçı akademiyasının açılışını edib. Onun bu günün sonuna qədər Bakıya gələcəyi ehtimal edilir.

 

"Bornmut" Beqoviçi 2017-ci ildə "Çelsi"dən 11,5 milyon avroya transfer edib. Onun müqaviləsi 2022-ci ilin yayında başa çatacaq.

Xəbər xətti