Prosineçki Beqoviçin "Qarabağ"a transferindən danışdı

Bosniya və Herseqovina millisinin baş məşqçisi Robert Prosineçki yığmanın qapıçısı Asmir Beqoviçin "Qarabağ"a keçidi barədə danışıb.

 

Sportal.az sportsport.ba saytına istinadən xəbər verir ki, xorvatiyalı mütəxəssis 32 yaşlı qolkiperin oynaya biləcəyi komandaya getdiyi üçün məmnun olduğunu deyib:

 

"Eşitdiyimə görə, Beqoviç yeni bir klub tapıb və "Qarabağ"a keçib. Əlbəttə bundan çox məmnunam. Çünki artıq oynamaq vaxtıdır. Milli komandada daimi olmaq üçün oynamalısan".

 

"Qarabağ" Asmir Beqoviçi İngiltərənin “Bornmut” klubundan icarəyə götürüb.

 

Prosineçki 2014-2017-ci illərdə Azərbaycan yığmasına rəhbərlik edib. 

Tarix: 3 Sentyabr [00:28]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio