"Neftçi"nin futbolçusu milliyə qoşulmayacaq

"Neftçi”nin yarımmüdafiəçisi Soni Mustivar Haiti milli komandasının düşərgəsinə yollanmayacaq.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, buna səbəb futbolçunun zədə almasıdır. Mustivar sağ budun orta 1/3-də birinci dərəcəli gərilmə diaqnozu ilə 7-8 gün müalicə olunandan sonra fərdi məşqlərə başlayacaq.

 

29 yaşlı yarımmüdafiəçi Haiti milli komandasının KONKAKAF Milli Liqası çərçivəsində sentyabrın 7-si və 10-u Kurakao yığması ilə keçirəcəyi oyunlara dəvət olunmuşdu.

Tarix: 3 Sentyabr [13:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio