Nikola Yurçeviç: "Xorvatiyalı olsam da, ürəyim 100 faiz Azərbaycanla idi"

22:05 - 9 Sentyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində Xorvatiya ilə 1:1 hesablı heç-heçə edən Azərbaycan millisinin baş məşqçisi Nikola Yurçeviç nəticə barədə danışıb.

 

Sportal.az xəbər verir ki, xorvatiyalı mütəxəssis futbolçulardan razı qaldığını bildirib:

 

"Öncə onu deyim ki, Xorvatiya ilə oynamaq çətindir. Özüm xorvatiyalı olsam da, 100 faiz ürəyim Azərbaycanla idi. Son iki oyunda yaxşı oynamışdıq və bu gün bunu xalla mükafatlandırdıq. Bunlar hamısı azarkeşlər üçündür. Futbolçuları, texniki heyəti və azarkeşləri təbrik edirəm. Bu günün ən yaxşısı komanda idi".

Xəbər xətti