Rüfət Dadaşov: "Azərbaycana səfər etmək həmişə bir təcrübədir"

Almaniya III Bundesliqa təmsilçisi “Proyssen”də çıxış edən Azərbaycan millisinin üzvü Rüfət Dadaşov "Bild" nəşrinə açıqlama verib.

 

Sportal.az xəbər verir ki, AÇ-2020-nin seçmə mərhələsində Uels və Xorvatiya ilə oyunlarda ehtiyatda qalan 28 yaşlı hücumçu milliyə dəvət aldığı üçün qürur hissi keçirdiyini deyib: “Əlbəttə, oyunlara çıxmaq istərdim. Amma vətənə səfər etmək də həmişə bir təcrübədir”.

 

Dadaşov Xorvatiya ilə matçdan sonra 02:30-da Bakıdan Frankfurta daha sonra isə Proysenə üz tutub. Rüfət təkcə uzun məsafəyə görə yorğun olduğunu bildirib.

 

“Proyssen”in baş məşqçisi Sven Hübşer hücumçunu sentyabrın 14-ü “Viktoriya Köln”lə matçda oynadacağını bildirib.

Tarix: 12 Sentyabr [12:50]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
21 Sentyabr 2019
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio