"Qarabağ" "Neftçi"yə, "Səbail" "Keşlə"yə qalib gəldi - YENİLƏNİB

22:22 - 15 Sentyabr 2019

Bu gün Azərbaycan Premyer Liqasında IV tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, ikinci oyun günündə iki matç keçirilib. İlk qarşılaşma "Bakcell Arena"da baş tutub. "Keşlə" "Səbail"lə münasibətlərinə aydınqlıq gətirib. "ASK Arena" təmirə bağlandığından Tərlan Əhmədovun  komandası rəqibini "Neftçi"nin stadionunda qəbul edib. Qarşılaşmada qonaq komanda 2:1 hesabı ilə qalib gəlib.

 

Turun mərkəzi görüşü isə Tofiq Bəhramov adına Respublika stadionunda baş tutub. Qarşısına çempionluq hədəfi qoyan iki komanda - "Qarabağ" və "Neftçi" cari mövsümdə ilk dəfə üz-üzə gəlib. Ağdam klubu 2:0 hesablı qələbə ilə liderliyini möhkəmləndirib.

 

18:00 “Keşlə” – “Səbail” - 1:2
Qollar
: Lorenso Frutos, 54 - Mirabdulla Abbasov, 19, 31 (pen.)

Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Qəzənfər Məmmədov, İnqilab Məmmədov
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Ramiz Mustafayev
“Bakcell Arena”

 

20:00 “Qarabağ” – “Neftçi” - 2:0

Qollar: Mahir Emreli, 31, Abdullah Zubir, 69
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Orxan Məmmədov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
Tofiq Bəhramov adına Respublika Stadionu

Xəbər xətti