"Qarabağ"ın əskik və güclü tərəflərini bilirik" - APOEL-in müdafiəçisi

14:00 - 15 Sentyabr 2019

Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqibi olan Kiprin APOEL klubunun müdafiəçisi Praxitelis Vouros goal.com.cy saytına açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 24 yaşlı futbolçu Avropa Liqasının qrup mərhələsində yaxşı şanslarının olduğunu bildirib:

 

"Qarabağ"la bu mövsüm daha əvvəl qarşılaşdıq. Onların əskiklərini və güclü tərəflərini bilirik. Qrup mərhələsini adlamaq üçün möhtəşəm fürsətimizin olduğunu düşünürəm".

 

Zədədən əziyyət çəkən yunanıstanlı futbolçu geri dönməyə hazırlaşdığını deyib: 

 

"Həkimlərin dediyi kimi, artıq komandaya qoşulacam. Hər gün çalışıb, yerimi itirməmək istəyirəm".

 

APOEL (Kipr), "Qarabağ" (Azərbaycan), "Sevilya" (İspaniya) və "Düdelanj" (Lüksemubrq) klubları Avropa Liqasının A qrupunda qərarlaşıb.

 

APOEL ilk turda "Düdelanj"la, "Qarabağ" "Sevilya" ilə görüşəcək.

 

Xəbər xətti