Azərbaycanda stadiondan oğurluq edildi - mobil telefon, 1200 manat və 100 dollar

“Keşlə” klubunun ev oyunlarını keçirdiyi “ASK Arena”da oğurluq olub.

 

Sportal.az oxu.az-a istinadən xəbər verir ki, hadisə sentyabrın 15-də, saat 12:00 radələrində baş verib. Stadionun paltardəyişmə otağında 2000-ci il təvəllüdlü Zahid Uğurlunun mobil telefonu, içərisində 1200 manat olan pul kisəsi və 2003-cü təvəllüdlü Adil Abbasovun 100 dolları oğurlanıb.

 

Məsələ ilə bağlı araşdırma aparılır.

 

“ASK Arena”da hazırda təmir işləri getdiyi üçün “Keşlə” ev oyunlarını 8-ci km stadionunda keçirir.

Tarix: 17 Sentyabr [14:29]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
16 Oktyabr 2019
15  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio