"Qarabağ" "Sevilya"ya uduzmasa, nə qədər mükafat qazanacaq?

11:10 - 19 Sentyabr 2019

Avropa Liqasının qrup mərhələsinə start veriləcək. Azərbaycanı beşinci dəfə qrup mərhələsində təmsil edəcək "Qarabağ" İspaniyanın "Sevilya" klubu ilə qarşılaşacaq.

 

48 klub qrup mərhələsinə vəsiqə əldə etdiyi üçün 2,92 milyon avro mükafat qazanıb. Bu məbləği qrup və növbəti mərhələlərdə artırmaq mümkündür.

 

"Qarabağ" bu gün "Sevilya" ilə görüşdə heç-heçə etsə, UEFA-dan 190 min avro qazanacaq. Qalib komandaya isə 570 min avro mükafat verilir.

 

Qrup mərhələsini lider tamamlayan klub qrupdakı nəticələrdən əlavə, büdcəsini daha 1 milyon avro ilə zənginləşdirir. Qrup ikincisi isə bu məbləğin yarısını qazanır. 1/16 finalda oynamağın mükafatı isə 500 min avrodur.

 

"Qarabağ" bu mövsüm Çempionlar Liqasında 1,14 milyon, Avropa Liqasında isə 2,92 milyon avro mükafat qazanıb.

 

Avropa Liqasının mükafatları:

 

Qrup mərhələsi: 48 komandanın hər birinə 2,92 milyon avro

Qrupda qələbə: 570 min avro
Qrupda heç-heçə: 190 min avro
Qrupun qalibi: 1 milyon avro
Qrup ikincisi: 500 min avro
1/16 finala vəsiqə: 0,5 milyon avro
1/8 finala vəsiqə: 1,1 milyon avro
1/4 finala vəsiqə: 1,5 milyon avro
1/2 finala vəsiqə: 2,4 milyon avro
Finala vəsiqə: 4,5 milyon avro
Qalib: 4 milyon avro.

Xəbər xətti