"Kəpəz"də yeni icraçı direktor

11:19 - 20 Sentyabr 2019

“Kəpəz” Peşəkar Futbol Klubuna yeni təyinat olub.

 

Sportal.az Gəncə təmsilçisinin "Facebook" səhifəsinə istinadən xəbər verir ki, klubun icraçı direktoru vəzifəsi İlqar Nadiriyə tapşırılıb.

 

Təyinatla bağlı “Kəpəz”in kuratoru İsgəndər Cavadov klubun mətbuat xidmətinə qısa açıqlama verib: “İlqar Nadiri bacarığına, qabiliyyətinə inandığımız insandır. Gəncdir, enerjilidir və klubun hərtərəfli inkişafında rol oynacağını düşünərək bu vəzifəyə təyin edilib. Yeni icraçı direktor komandanın qarşıya qoyduğu hədəflərə çatmasında öz dəstəyini verəcək”.

Xəbər xətti