Hacı Əliyev: "Onun etdiyi şərəfsizlikdir"

12:12 - 20 Sentyabr 2019

Sərbəst güləş üzrə milli komandamızın üzvü Hacı Əliyev Qazaxıstanın Nur Sultan şəhərində keçirilən dünya çempionatında olimpiadaya lesinziya qazana bilmədi.

 

Sportal.az xəbər verir ki, dünən Azərbaycan idmançısının rusiyalı Hacımurad Rəşidovla görüşü qalmaqalla yadda qalıb.  

 

Hacı bu günkü görüşlərə psixoloji cəhətdən hazır olmadığını deyib: 

 

"Dünən yaşananları başımdan ata bilmirdim. Nə qədər çalışsam da, ata bilmədim. Misirli rəqibimə nəzərən yaponiyalı güclü idi. Son saniyələrdə nə qədər çalışsam da, alınmadı. Rusiyalı ilə görüşdəki türkü mən erməni kimi görürəm. Onun etdiyi şərəfsizlikdi. Bunun başqa adı yoxdur. Hücumu edən mən, amma 4 xal əvəzinə rəqibə xal verir. Artıq qazandığımı əldə etmişəm. Onunla üz-üzə gəlsəm, vuraram. Hər şeyin bitən yeri var. Mən də gec-tez bitirməliyəm. Amma həvəsdən düşmürəm, olimpiadaya qədər gücümü saxlayacam. Ruhdan düşməyəcəyəm. Gələn il lisenziya turnirlərindən birinə qatılıb lisenziyanı qazanmağa çalışacağam”. (Report) 

Xəbər xətti