Rövşən Babayev: "Qısa müddətdə komandada vəziyyəti dəyişməyə çalıdşıq"

"Sabah"ın baş məşqçi əvəzi Rövşən Babayev Azərbaycan Premyer Liqasının V turunda "Sumqayıt"a səfərdə 0:1 hesabıyla uduzduqları matçdan sonra mətbuat konfransı keçirib.

 

Sportal.az xəbər verir ki, Babayev əvvəlcə matç haqda danışıb:

 

- Rəqibi təbrik edirəm. Hava şəraiti öz sözünü dedi. Qısa müddətdə komandada vəziyyəti dəyişməyə çalıdşıq, ancaq alınmadı. İşimizi davam etdirərək son pillədən qurtulmağa çalışacağıq.

 

- İkinci 45 dəqiqə külək istiqamətində "Sabah" oynadı. Çoxlu qol imkanları yaratdınız. Niyə vura bilmədiniz?

- Hiss  olunur ki, hücumda çatışmazlığımız var. Gücləri çatmır, keyfiyyət istənilən deyil. Hücumdakı futbolçularımız yüksək səviyyədə deyil.

 

- Bir həftə baş məşqçi əvəzi oldunuz. Müvəqqəti baş məşqçi İoqr Ponomaryova nə məsləhət görərdiniz?

- Onunla görüşməmişik ki, nəsə deyim. Bu görüşdən sonra deyə bilərəm. Əslində, bir həftə yox, 4-5 gün iş başında olmuşam. Bu mövsüm əvəzedicilərdə olsam da, əsas komandada baş verənləri bilirdim. Ponomaryovla görüşəndən deməyə sözüm olacaq.

 

- Vaxtilə Sumqayıt"ın baş məşqçisi çalışmışısınız. Sumqayıta rəqib kimi gələrkən hansı hissləri keçirirdiniz?

- Yaxşı sualdır. Udmaq istəyirdik. Ancaq alınmadı (sport24.az).

Tarix: 21 Sentyabr [20:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Oktyabr 2019
21  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio