ÇSKA - "Krasnodar" oyununda 5 qol - VİDEO

01:10 - 23 Sentyabr 2019

Rusiya Premyer Liqasında 10-cu tura yekun vurulub.

 

Sportal.az xəbər verir ki, Moskvanın ÇSKA klubu "Krasnodar"ı qəbul edib və 3:2 hesablı qələbə qazanıb.

 

Premyer Liqanın turnir cədvəlinə 23 xalla "Zenit" başçılıq edir. ÇSKA 22 xalla 2-cidir. "Rostov", "Krasnodar" və "Lokomotiv" 20 xalla 3-5-ci yerləri bölüşür.

 

ÇSKA - "Krasnodar" - 3:2

Qollar: Nikola Vlaşiç, 32 (pen.), 41, Fyodor Çalov, 37 - Markus Berq, 57, 60

 

Xəbər xətti