Namaşko 20-yə çatdı

“Keşlə”nin qapıçısı Stanislav Namaşko Azərbaycan Premyer Liqasında 20-ci quru oyununu keçirib.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, moldovalı qolkiperin yubileyi V turun “Neftçi” ilə matçına təsadüf edib. 0:0 hesabı ilə başa çatan görüşdə qol buraxmayan Stanislav mövsümdə 3-cü dəfə qapısını toxunulmaz saxlayıb.

 

Bununla da Namaşko mövsümün rekordçusu olan Şahruddin Məhəmmədəliyevə çatıb. “Qarabağ”ın qapıçısı ilk üç turda qol buraxmayıb.

 

Moldovalının əvvəlki 17 quru oyunu AZAL-ın heyətində qeydə alınıb. O, 2014/15 mövsümündə 3, 2015/16 mövsümündə 14 dəfə qapısını toxunulmaz saxlayıb.

 

Namaşko Premyer Liqada ümumilikdə 59 matç keçirib. 32 yaşlı qapıçı bu matçlarda 62 top buraxıb.

 

Tarix: 23 Sentyabr [11:51]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2019
19  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio