"Zirə"nin "Keşlə" ilə 17-ci dueli

“Zirə” bu həftə Azərbaycan Premyer Liqasında növbəti oyununu keçirəcək.

 

Sportal.az klubun "Facebook" səhifəsinə istinadən xəbər verir ki, “Qartallar” VI turun matçında “Keşlə” ilə üz-üzə gələcək. Bu, iki komanda arasında 17-ci matç olacaq.


İlk dəfə 2015/16 mövsümündə üz-üzə gələn rəqiblər son dörd çempionatın hərəsində 4 dəfə qarşılaşıblar. Bu görüşlərdə komandalar hərəyə 4 dəfə qalib gəliblər. 8 matç isə heç-heçə başa çatıb. “Keşlə” “Zirə”nin ən çox sülhlə ayrıldığı klubdur.

 

Qarşılaşmaların yarısı heç-heçə bitsə də, son üç oyunda tərəflərdən biri üç xal əldə edib. 2019-cu ilə təsadüf edən hər iki matçda “Zirə” qələbə qazanıb. Qəsəbə klubu bu görüşlərdə iki top fərqilə qalib gəlib. “Qartallar”ın bombardiri Xulio Sezar Rodriges bu rəqiblər oyunları qolsuz tərk etməyib.

 

Paraqvaylı “Keşlə” ilə qarşılaşmalarda ən çox qol vuran oyunçudur. O, üç dəfə fərqlənib. Yovan Krneta və Milan Duriç iki dəfə rəqib qapısına yol tapıb. “Zirə” arxada qalan 16 matçın top fərqində üstünlüyə malikdir – 17:15.


“Keşlə”nin meydanında 9-cu dəfə qonaq olacaq “Qartallar” səfərdə 2 qələbə qazanıb, 3 heç-heçə edib və 3 dəfə uduzub. Rəqib meydanında 7 top vuran "Zirə" eyni sayda qol buraxıb.

 

Tarix: 26 Sentyabr [16:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Oktyabr 2019
21  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio