"Milan"la "İnter" yeni stadionun layihəsini seçir - VİDEO

11:53 - 27 Sentyabr 2019

İtaliyanın "İnter" və "Milan" klubları 60 minlik yeni stadionun inşası üçün iki layihə hazırlayıblar.

 

Sportal.az calciomercato.com-a istinadən xəbər verir ki, planlara əsasən, "San-Siro" stadionu muzey kimi fəaliyyət göstərəcək və Milan klublarının uğurlarını anladacaq.

 

Yeni stadionun 650 milyon avroya başa gələcəyi və inşasının üç il davam edəcəyi gözlənilir.

 

"Milan"ın prezidenti Paolo Skaroni yeni stadionun inşasının planları barədə danışıb: "Yeni stadion 60 min azarkeş tutumuna malik olacaq. Yeni stadionun "Duomo di Milano" və "Galleria Vittoria Emanuele II"nin izlərini daşımasını istəyirik".

 

Xəbər xətti