Poçettino "Yunayted"ə, Sautqeyt "Tottenhem"ə?

17:39 - 30 Sentyabr 2019

Maurisio Poçettino "Tottenhem"i tərk edəcəyi təqdirdə London klubunun yeni çalışdırıcısı Qaret Sautqeyt ola bilər.

 

Sportal.az "Daily Star"a istinadən xəbər verir ki, klub rəhbərliyi argentinalının getmə ehtimalını gözə alaraq, ona xələf axtarışına başlayıb. Əsas namizəd isə hazırda İngiltərə millisini çalışdıran Sautqeytdi.

 

Maurisio Poçettinonun "Mançester Yunayted"ə gedişi gündəmdədir. "Qırmızı şeytanlar"ın onun üçün 30 milyonluq sərbəstqalma məbləğini ödəyəcəyi bildirilir.

Xəbər xətti