"Qarabağ"ın Lüksemburqda son məşqinin vaxtı bilindi

13:56 - 2 Oktyabr 2019

Avropa Liqasının qrup mərhələsinin II turunda baş tutacaq “Düdelanj” (Lüksemburq) - “Qarabağ” qarşılaşmasından öncə keçiriləcək son məşq və mətbuat konfranslarının vaxtı açıqlanıb.

 

Sportal.az xəbər verir ki,Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov bu gün Bakı vaxtıyla 20:45-də media mənsublarının önünə çıxacaq. Komandanın son məşqi isə saat 21:00-da qarşılaşmanın keçiriləcəyi “Jozi Bartel” stadionunda baş tutacaq. Məşqin ilk on beş dəqiqəsi mətbuat və azarkeşlər üçün açıq olacaq.

 

Sabah baş tutacaq “Düdelanj” - “Qarabağ” matçına saat 23:00-da start veriləcək.

Xəbər xətti