FIFA-nın sabiq vitse-prezidenti 87 yaşında futboldan ömürlük uzaqlaşdırıldı

14:24 - 3 Oktyabr 2019

FIFA-nın keçmiş vitse-prezidenti Euqenio Fiqueredo korrupsiya iştirakçısı olduğu üçün futboldan ömürlük uzaqlaşdırılıb.

 

Sportal.az FIFA-nın saytına istinadən xəbər verir ki, ali futbol qurumu uruqvaylı funksionerin qaydalara uyğun hərəkət etmədiyi üçün futboldan ömürlük uzaqlaşdırıb və bir milyon İsveçrə frankı cərimə edib.

 

Fiqueredo Cənubi Amerika Futbol Konfederasiyasında (CONMEBOL) prezident olub. O, Kopa Amerikanın sponsorluq anlaşmalarında milyonlarla dollar rüşvət alıb.

 

87 yaşlı futbol adamı 2015-ci ildən ölkəsində yaşayır.

Xəbər xətti