Maqaye Qeye: "Hədəfim komandaya kömək etməkdir"

"Qarabağ"ın hücumçusu Maqaye Qeye Premyer Liqanın 7-ci turunda "Sabah"a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra jurnalistlərə müsahibə verib.
 
Sportal.az xəbər verir ki, 29 yaşlı fransalı hücumçu "Qarabağ" çempionatdakı çıxışı barədə suallara cavab verib.
 
- Ardıcıl 7-ci qələbəni qazandınız. Çempionat darıxıdırıcı deyil?
- Xeyr, deməzdim ki, darıxıdırıcı və bezdiricidir. Rəqiblər “Qarabağ”a qarşı fərqli əhval-ruhiyyədə çıxır. Çətinliyi hiss edirik. Qalib gəlsək də, buna asanlıqla nail olmuruq.
 
- “Qarabağ” bu mövsüm asanlıqla çempion olacaq?
- Belə düşünmürük. Özünü məcbur etməsən, istəyinə nail ola bilmərsən. Əgər büdrəsək, digər komandalar fürsətdən istifadə edib bizi qabaqlaya bilər.
 
- Çempionatda neçə qol vurmağı hədəf qoymusan?
- Xüsusi hədəfim yoxdur. Daha çox komandaya kömək etməyə çalışıram. Qol vururamsa, daha da yaxşı haldır. Hədəfim gördüyüm işlə komandaya kömək etməkdir.
 
- Avropa Liqasında “Düdelanj”la görüşdəki təxribatla bağlı fikirlərinizi bildirərdin.
- Bu, axmaqlıqdır. Nə deyim? Belə şeylər qəbul edilməzdir.
Tarix: 6 Oktyabr [23:13]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2019
19  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio