Divizion klublarının cəzaları açıqlandı

16:38 - 8 Oktyabr 2019

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, aparılan müzakirələrdən sonra Birinci Divizionun 6-cı  turunun oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul olunub:

 

“Qarabağ-2” – “Neftçi-2” matçında “Qarabağ-2” klubunun 4, “Neftçi-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandıqları üçün hər iki klub 80 manat cərimə olunub.

 

“Keşlə-2” – “Turan Tovuz” matçında “Keşlə-2” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunub. Oyunun 58-ci dəqiqəsində “Turan Tovuz”un futbolçusu Sənan Qocayev aqresiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanıb, klub 160 manat cərimə olunub. Oyunun 83-cü dəqiqəsində “Turan Tovuz”un futbolçusu Emin Bağırov ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub.

 

“Zaqatala” – “Qaradağ Lökbatan” matçının 90+2-ci dəqiqəsində “Qaradağ Lökbatan”ın futbolçusu Aqşin Eyyubov sonuncu ümid fouluna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 20 manat cərimə olunub. “Qaradağ Lökbatan” klubunun heyətində meydançaya daxil olan futbolçunun mayka nömrəsi oyunun protokolunda göstəriləndən fərqli olduğuna görə klub 80 manat cərimə olunub.

Xəbər xətti