"Qarabağ"ın futbolçusu turun ən yaxşısı seçildi

12:19 - 9 Oktyabr 2019

“InStat”ın təhlilinə əsasən, Azərbaycan Premyer Liqasının VII turunun ən yaxşı futbolçusu məlum olub.

 

Sportal.az PFL-ə istinadən xəbər verir ki, bu, 319 bal göstərici ilə “Qarabağ”ın müdafiəçisi Abbas Hüseynovdur.

 

Abbas “Sabah”a qarşı görüşdə (2:0) 90 dəqiqə meydanda olub və 1 qolla yadda qalıb.

 

Xəbər xətti