"Barselona" Suaresə alternativ axtarır - 4 namizəd

15:27 - 11 Oktyabr 2019

"Barselona" növbəti yay transfer dönəmində Luis Suareslə rəqabət aparacaq hücumçu almaq istəyir.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, kataloniyalıların hədəfi gənc oyunçular olacaq. Siyahıda dörd futbolçu Lautaro Martines ("İnter"), Donyell Malen (PSV), Rafael Leao ("Milan") və Viktor Osimhen ("Lill") yer alıb.

 

Gələn yay La Liqa nəhəngi bu futbolçulardan birini heyətinə qatmaq üçün çalışacaq.

 

Luis Suares "Barselona"da 255 oyuna 183 qol vurub.

Xəbər xətti