Tofiq Bəhramovun xatirəsinə turnir keçiriləcək

13:13 - 12 Oktyabr 2019

AFFA-nın dəstəyi, Futbol Veteranları İttifaqının təşkilatçılığı ilə bu gündən oktyabrın 19-dək dünya şöhrətli azərbaycanlı hakim Tofiq Bəhramovun xatirəsinə həsr olunmuş futbol turniri keçiriləcək.

 

Sportal.az federasiyaya istinadən xəbər verir ki, turnirdə Futbol Veteranlarından, ADBTİA-nın müəllimlərindən, AFFA Hakimlər Depatamentinin üzvlərindən, Hakim-inspektorlardan təşkil olunmuş 4 komanda iştirak edəcək. Oyunlar AFFA Futbol Akademiyasının meydanında keçiriləcək.

Xəbər xətti