Riçard Almeyda da zədələndi

21:14 - 13 Oktyabr 2019

AÇ-2020-nin seçmə mərhələsində Macarıstanla qarşılaşan Azərbaycan yığması ciddi itki ilə üzləşib.

 

Sportal.az xəbər verir ki, millinin heyətində "Qarabağ"ın yarımmüdafiəçisi Riçard Almeyda zədələnib. 55-ci dəqiqədə zədələnən Braizliya əsilli futbolçu oyunu davam etdirə bilməyib. Onun əvəzinə 58-ci dəqiqədə Araz Abdullayev meydana çıxıb.

 

 

Matçdan öncə "Qarabağ"ın digər futbolçusu Abbas Hüseynov zədələndiyi üçün iştirak ərizəsinə daxil edilməmişdi.

 

Qarşılaşmada Macarıstan millisi 1:0 hesabı ilə qalib gəlir.

Xəbər xətti