Aleksey İsayev "Sumqayıt"a qayıtdı: "Peşmanam"

"Sumqayıt"ın yarımmüdafiəçisi Aleksey İsayev komandaya qoşulub.

 

Sportal.az xəbər verir ki, yayda komandanın düşərgəsinə qoşulmayan futbolçu başqa kluba keçmək istəyirdi. Bu səbəbdən o, "Sumqayıt"a qayıtmırdı.

 

"Gənclik şəhəri" təmsilçisi futbolçunun davranışına görə AFFA və FIFA-ya şikayət etmişdi.

 

Bundan sonra komandaua dönən 23 yaşlı futbolçu klubun rəsmi saytına fikirlərini bölüşüb: "Etdiyim hərəkətə görə peşmanam. Düşünürəm ki, klubla aramda anlaşılmazlıq olmuşdu. Öz oyunumla baş verənləri unutdurmağa çalışacam. Futbol mənim həyatımdır, bu səbəbdən hərşeyi unutmaq istəyirəm. Baş verənlərə görə Sumqayıt ailəsindən üzr istəyirəm. Klub rəhbərliyi və məşqçi heyətinə məni anlayışla qarşıladığına görə təşəkkür edirəm. Əvvəlki formamı bərpa edib yenidən "Sumqayıt"a kömək etməyə çalışacam".

Tarix: 19 Oktyabr [14:20]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Noyabr 2019
13  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio