Yeni baş məşqçi Ramil Şeydayevi ehtiyatda saxladı

00:37 - 21 Oktyabr 2019

Rusiya Premyer Liqasında 13-cü turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan millisinin hücumçusu Ramil Şeydayevin çıxış etdiyi Moskva "Dinamo"su evdə "Krasnodar"la 1:1 hesablı heç-heçə edib.

 

Komandanın yeni baş məşqçisi Kiril Novikov Şeydayevi oyuna buraxmayıb. 22 yaşlı forvard sonadək ehtiyatda qalıb.

 

"Dinamo" turnir cədvəlində 11 xalla 15-ci yerdə qərarlaşıb.

 

Xəbər xətti