Millinin heyətində dəyişiklik

10:35 - 21 Oktyabr 2019

Bakıda təlim-məşq toplanışında olan 16 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətində dəyişiklik edilib.

 

Sportal.az federasiyanın saytına istinadən xəbər verir ki, “Qəbələ”dən dəvət edilən Sərxan Mirzəzadə zədə səbəbindən hazırlıq prosesindən kənarlaşdırılıb.

 

Onun əvəzinə “Neftçi”dən Əfqan Nuriyev toplanışa dəvət olunub.

 

Xəbər xətti