“Qarabağ”ın oyununda debüt edəcək slovakiyalı

Avropa Liqasının qrup mərhələsinin III turunda keçiriləcək “Qarabağ” – APOEL (Kipr) matçını slovakiyalı hakim Filip Qlova idarə edəcək.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı referi ilk dəfə Azərbaycan klubunun oyununa təyinat alıb. O, daha öncə Azərbaycanın U-21 millisinin AÇ-2019-un seçmə mərhələsində İrlandiyanın U-21 yığması ilə səfər qarşılaşmasını idarə edib. Həmin görüşdə britaniyalılar 90+9-cu dəqiqədə vurulan qolla qalib gəlmişdi.

 

Qlova Avropa Liqasının qrup mərhələsində ilk dəfə baş hakim olacaq. Bu, onun AL-in qrup mərhələsindəki debütü olacaq.

 

2016-cı ildən FIFA referisi adını daşıyan slovakiyalı hakim 24 beynəlxalq görüşə təyinat alıb.

 

O, beynəlxalq oyunlarda idarə etdiyi görüşlərdə 10 penalti təyin edib (8-i – ev, 2-si – qonaq komanda), 109 sarı vərəqə göstərib (55-i – ev, 54-ü qonaq komanda), 6 dəfə isə futbolçunu meydandan qovub (4-ü ev, 2-si qonaq komanda). 

 

24 oktyabr

Avropa Liqası, A qrupu, III tur

 

20:55 Qarabağ - APOEL
Baş hakim:
Filip Qlova
Yan xətt hakimləri: Frantişek Ferents, Yan Pozor
Dördüncü hakim: Peter Ziemba (hamısı Slovakiya)
Hakim-inspektor: Mixalis Koukoulakis (Yunanıstan)
UEFA nümayəndəsi: İvan Tsitoviç (Rusiya)

Bakı. Tofiq Bəhramov adına Respublika Stadionu.

Tarix: 21 Oktyabr [14:01]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
19 Noyabr 2019
18  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio