Şahmatçılarımızdan 5-də 5

14:30 - 21 Oktyabr 2019

Ötən həftə Monteneqronun Ulcinj şəhərində məktəblilərin şəxsi Avropa kuboku turniri başa çatıb.

 

Sportal.az xəbər verir ki, yarış müxtəlif yaş və qruplar arasında 3 - klassik, rapid və blitsdən turnirlərdən ibarət olub. Turnirdə ölkəmizi «Təhsil»in 5 şahmatçısı təmsil edib.

 

Ənənvi keçirilən turnirdə şahmatçılarımız Rusiya, Ukrayna, Monteneqro və digər ölkələrdən olan gənc zəka sahibləri ilə yarışıblar. Sevindirici haldır ki, təmsilçilərimizin hamısı iştirakçısı olduğu yaş qrupunda 1-ci yeri tutublar. Belə ki, 13 yaşlı Alperen Kanlı (9,5 xal, A qrupu), onun kiçik qardaşı, 7 yaşlı Murad Məmmədov (10 xal, B qrupu), 9 yaşlı Xanım İsmayılova (13,5 xal, A qrupu), kiçik bacısı Səlbinaz İsmayılova (13 xal, B qrupu) və 7 yaşlı Yusif Babayev (9 xal, A qrupu) rəqibərinin hamısından üstün olublar.

 

Məşqçi müəllim Vasif Abdullayevin verdiyi məlumata görə, bu uğurlu nəticə ilə Azərbaycan ölkə sıralamasında da 1-ci yerə sahib çıxıb. 

Xəbər xətti