AFFA-dan Təmkin Xəlilzadəyə sərt cəza

13:21 - 22 Oktyabr 2019

AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, keçirilən iclasında futbolçu ilə bağlı aşağıdakı qərar qəbul olunub:

 

Premyer Liqanın VIII turunun “Qəbələ” – “Qarabağ” matçında “Qəbələ” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

Premyer Liqanın VIII turunun “Keşlə” – “Sabah” matçı başa çatdıqdan sonra “Sabah” klubunun 19 №-li futbolçusu Təmkin Xəlilzadə hakimə fiziki təsir göstərməyə cəhd etdiyinə görə 5 oyun cəzalanır, klub 4000 manat cərimə olunur (maddə 37.7). Futbolçuya verilmiş 5 oyun cəzanın 3 oyunu şərti cəza kimi tətbiq edilir və 3 ay sınaq müddəti verilir. Sınaq müddəti ərzində  futbolçu yenidən cəzalanacağı təqdirdə sanksiyanın növbəti hissəsi qüvvəyə minəcəkdir.

 

Oyunun 90+3-cü dəqiqəsində “Sabah” klubunun 13 №-li futbolçusu Filip İvanoviç ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

 

Premyer Liqanın VIII turunun “Səbail” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

 

Premyer Liqanın VIII turunun “Neftçi” – “Zirə” matçında “Zirə” klubunun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur.

Xəbər xətti