APOEL-in aparıcı siması “Qarabağ”a qarşı oynamayacaq

20:20 - 24 Oktyabr 2019

“Qarabağ” Avropa Liqasının qrup mərhələsinin III turunda APOEL-i qəbul edəcək.

 

Sportal.az xəbər verir ki, APOEL-in aparıcı futbolçusu Musa Əl-Tamari oyunda iştirak etməyəcək. Buna səbəb onun zədəli və ya cəzalı olması deyil.

 

İordaniya millisinin üzvü intizamsızlıq etdiyi üçün qarşılaşmanın iştirak ərizəsinə salınmayıb. 22 yaşlı vingerin baş məşqçi Tomas Dolla münasibəti yaxşı deyil.

 

Tamari Kipr klubunun ən bahalı futbolçularından biridir.

 

Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək “Qarabağ” – APOEL oyunu saat 20:55-də başlayacaq.

Xəbər xətti